Bank Of Baku

Sərdar Cəlaloğlunun yeni kitabı çapdan çıxıb

Sərdar Cəlaloğlunun yeni kitabı çapdan çıxıb
# 31 iyul 2010 09:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun yeni siyasi-fəlsəfi kitabı çapdan çıxıb. S. Cəlaloğlu APA-ya açıqlamasında bildirib ki, “Totalitarizmin metamarfozası” adlanın kitabda postsovet məkanında son 20 ildə baş verən siyasi proseslər elmi-siyasi-fəlsəfi nöqteyi-nəzərdən təhlil edilib. 600 səhifəlik kitabın yazılmasında dövlətin bir struktur kimi götürüldüyünü deyən S. Cəlaloğlu bütünlükdə keçmiş sovet totalitar cəmiyyətinin əsasında yeni cəmiyyətlərin yaranması prosesini şərh etdiyini bildirib: “Bu səpgidə kitab nə dünya ədəbiyyatında, nə də postsovet məkanında var. Kitabda demokratikləşmənin problemləri ilə bağlı məsələlərə toxunulub. Bu son 20 ildə SSRİ dağılandan sonra baş verən proseslərə həsr olunan yeganə kitabdır. Burada üstünlük odur ki, müəllif kimi mən bu proseslərin özündə iştirak etmişəm. Bu gün bölgədə baş verənlərlə bağlı avropalılar və amerikanlar da kitab yazır. Amma onlar prosesin iştirakçısı olmadığı üçün hadisələri olduğu kimi təsəvvür edə bilməzlər. Ona görə də mən bu bölgədə olan prosesləri xarici müəlliflərdən yaxşı bilirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR