Bank Of Baku

Arif Hacılı: “DUİ-nin birlikdə olması şərti AXCP-Müsavat münasibətlərinə xələl gətirər”

Arif Hacılı: “DUİ-nin birlikdə olması şərti AXCP-Müsavat münasibətlərinə xələl gətirər”
# 31 iyul 2010 10:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat, AXCP və Demokratiya Uğrunda İttifaqın vahid seçki bloku yaratmasını mümkün hesab etmir. Bu, KXCP ilə AXCP arasında yaranmış fikir ayrılıqları ilə əlaqədardır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. A. Hacılı bildirib ki, buna baxmayaraq, Müsavat rəhbərliyi seçki kampaniyası dövründə də hər hansı şəkildə müxalifət qüvvələrinin fəaliyyətini əlaqələndirməyə cəhd göstərəcək: “Biz DUİ ilə birgə fəaliyyət göstəririk, bir sıra seçki dairələrində artıq namizədləri razılaşdırmışıq və həmin razılaşmaları pozmaq niyyətində deyilik. AXCP və Müsavat birliyini isə prioritet hesab edirik və çalışacağıq ki, ciddi kompromislərə getmək lazım gəlsə belə, seçkilərdə AXCP ilə vahid seçki blokunda iştirak edək”.

A. Hacılı bildirib ki, hələlik DUİ-nin də bu blokda olması ilə bağlı müzakirələr yoxdur: “Bu müzakirələrin olmaması bu məsələdə AXCP-nin birmənalı mövqeyinin olması ilə əlaqədardır. KXCP-yə gəldikdə, onlar belə bir əməkdaşlığı mümkün sayırlar. Amma biz DUİ ilə AXCP-nin əməkdaşlıq etməsi məsələsini AXCP-yə şərt kimi irəli sürmürük. Əgər biz DUİ-dən olan namizədləri müdafiə edəcəyiksə, bu, Müsavat tərəfdən atılan addımdır və bizə aid məsələdir. Amma həmin namizədlərin müdafiə olunmasını şərt kimi AXCP-nin qarşısına qoymaq fikrində deyilik. Biz münasibətlərin korlanmamasına çalışacağıq. Amma təbii ki, DUİ-nin də bu blokda olması arzu olunandır və arzu kimi də səslənəcək. Şərt kimi irəli sürülməsi AXCP - Müsavat münasibətlərinə xələl gətirər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR