Bank Of Baku

DUİ Sədrlər Şurasının növbəti toplantısı keçirilib

DUİ Sədrlər Şurasının növbəti toplantısı keçirilib
# 02 avqust 2010 11:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda müxalifətin iyulun 31-də keçirdiyi mitinqin nəticələri müzakirə edilib. İttifaq mitinqin baş tutduğunu bildirib, aksiyanın polis tərəfindən dağıdılmasını pisləyib, həbs olunanların, o cümlədən KXCP fəalı Fikrət Cəfərovun təcili azadlığa buraxılmasını tələb edib.
DUİ Sədrlər Şurası sel və daşqınlardan zərər çəkmiş vətəndaşlara qayğının artırılmasının vacibliyini vurğulayıb.
Qurum, həmçinin Azərbaycan hakimiyyətini Türkiyə ilə viza rejimini tezliklə aradan qaldırmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR