Bank Of Baku

QAT: Azərbaycan hakimiyyəti Rusiyanın işğalçı Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək qərarına qarşı kəskin mövqe bildirməlidir

QAT: Azərbaycan hakimiyyəti Rusiyanın işğalçı Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək qərarına qarşı kəskin mövqe bildirməlidir
# 02 avqust 2010 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək niyyətini pisləyən bəyanatla çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda Rusiyanın bu addımı Ermənistanın işğalçı və terrorçu rejimini açıq şəkildə dəstəkləməsi kimi qiymətləndirilib.

Təşkilat hesab edir ki, Azərbaycan hakimiyyəti Rusiyanın Ermənistanın işğalçı rejimi ilə hərbi əməkdaşlığı genişləndirmək xəttinə qarşı kəskin mövqe bildirməli və Rusiya ilə münasibətlərə yenidən baxmalıdır: “Azərbaycanda Rusiya qarşısında təslimçilik təbliğatı aparanlar, əlacsızlıq əhval-ruhiyyəsi yaradanlar və guya Rusiyanın qarşısında geri çəkilməkdən, güzəştə getməkdən başqa yolun olmadığını iddia edənlərdən öz yanlış mövqelərindən əl çəkmələrini də tələb edirik. Geri çəkilmək çıxış yolu deyil, əksinə, Azərbaycan geri çəkilərsə, daha çox şey itirə bilər. Rusiyanın üzərinə getməliyik”.

QAT bildirib ki, Rusiya rəhbərliyinə Azərbaycanda 100 mindən artıq rusun yaşadığını, həmçinin Rusiyanın Azərbaycanda ciddi iqtisadi maraqlarının olduğunu və Azərbaycanın geostrateji əhəmiyyətini xatırlatmağı özünə borc bilir: “Biz başlanğıc üçün Rusiyanın Azərbaycandakı səfirliyinin bağlanması istiqamətində bütün vasitələrdən istifadə edəcəyimizi bildiririk. Biz Rusiya rəhbərlərini Mixail Qorbaçov və Boris Yeltsinin səhvlərini təkrar etməməyə çağırırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR