Bank Of Baku

ADP: Kosovo məsələsi Dağlıq Qarabağ problemində heç bir halda presedent rolu oynaya bilməz

ADP: Kosovo məsələsi Dağlıq Qarabağ problemində heç bir halda presedent rolu oynaya bilməz
# 02 avqust 2010 13:23 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Ermənistan tərəfinin Kosovo probleminin həlli təcrübəsindən yararlanmaq cəhdlərini pisləyib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin iclasında bildirilib ki, Kosovo məsələsi Dağlıq Qarabağ problemində heç bir halda presedent rolu oynaya bilməz. Çünki Kosovo xalqı serblər tərəfindən soyqırıma məruz qalıb və onların serblərlə bir yerdə yaşaması həyatlarına təhlükə törədə bilər: “Ermənilərin Azərbaycan hökuməti tərəfindən hər hansı bir genosidə məruz qalması faktı yoxdur. ADP İdarə Heyəti Azərbaycan hakimiyyətindən ermənilərin bu təbliğatına qarşı beynəlxalq səviyyədə ciddi iş aparmağı tələb edir”.

İclasda həmçinin payızda keçiriləcək parlament seçkilərinə hazırlıq, müxalifətdaxili əməkdaşlıq məsələləri müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR