Bank Of Baku

Müsavat Partiyası Divanının iclası olub

Müsavat Partiyası Divanının iclası olub
# 02 avqust 2010 14:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda iyulun 31-də müxalifət partiyalarının birgə keçirdiyi mitinqin nəticələri müzakirə edilib. Partiya rəhbərliyi aksiya iştirakçılarına qarşı polisin zor tətbiq etməsi, onların avtobuslarla Qobustana aparılması barədə prokurorluğa şikayət ərizəsi ilə müraciət etmək barədə qərar qəbul edib. Müxalifətin aksiyalarının davam etməsi üçün həm partiya daxilində, həm də digər partiyalarla müzakirələrin davam etdirilməsi nəzərdə tutulub.

İclasda parlament seçkilərinə hazırlıq məsələsi müzakirə edilib, bununla əlaqədar AXCP və DUİ ilə məsləhətləşmələrin davam etdirilməsi zəruri hesab olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR