Bank Of Baku

Milli Məclisin fotosənədləri Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib

Milli Məclisin fotosənədləri Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib
# 03 avqust 2010 09:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Milli Məclisin mətbuat xidmətindən Azərbaycan Dövlət Kino-Foto Sənədləri Arxivinə 164 saxlama vahidindən ibarət foto-sənəd təhvil verilib. Bunu APA-ya Milli Arxiv İdarəsinin təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin müdiri Kamal Ağayev deyib. O bildirib ki, sənədlər Milli Məclisin 2005-2010-cu illərdəki fəaliyyətinin ayrı-ayrı anlarını əks etdirir. Sənədlər arasında Milli Məclis üzvlərinin fotoları da var.

Hazırda fotosənədlərin qısa yazılı izahı hazırlanır və rəsmi dövlət qeydiyyatına alınmaq üçün lazımı işlər aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR