Bank Of Baku

AXCP qurultay üçün yer istəyir

AXCP qurultay üçün yer istəyir
# 03 avqust 2010 15:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultayını keçirmək üçün müvafiq yer ayrılması üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət hazırlayır. Partiya sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, partiyanın növbəti qurultayının avqustun sonlarında keçirilməsi nəzərdə tutulub. Rayon təşkilatlarının konfranslarında qurultaya 700-ə yaxın nümayəndənin seçildiyini deyən N. Məmmədli ayrılacaq zalın da buna uyğun olmasını arzu etdiklərini söyləyib: “Müraciətdə Opera və Balet Teatrı və buna uyğun başqa yerlərin ayrılması məqsədəuyğun sayılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR