Bank Of Baku

Azərbaycan prezidentinin saytının İ-Phone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb

Azərbaycan prezidentinin saytının İ-Phone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb
# 04 avqust 2010 08:21 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu əlavəni yükləyən istifadəçilər prezidentin çıxışları, müsahibələri, qatıldığı tədbirlər, eləcə də fotomateriallarla dərhal tanış olmaq imkanı qazanacaqlar. Əlavəni yükləmək üçün “Apple Applications Store”dakı istifadəçi akkauntundan yararlanmaq lazımdır.

Qeyd edək ki, 1 aya yaxındır Azərbaycan prezidentinin saytı yenilənib, həmçinin “Youtube”da rəsmi kanal açılıb və “Twitter”də Azərbaycan və rus dillərində prezidentin xüsusi akkauntu yaradılıb.

Azərbaycan prezidentinin saytı postsovet məkanında bu cür əlavəyə malik olan yeganə internet resursudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR