Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “AXCP təmsilçilərinin iyulun 31-də keçirilmiş mitinqi AXCP və Müsavatın aksiyası kimi təqdim etməsi xəstəliyin nümunəsidir”

Mirmahmud Mirəlioğlu: “AXCP təmsilçilərinin iyulun 31-də keçirilmiş mitinqi AXCP və Müsavatın aksiyası kimi təqdim etməsi xəstəliyin nümunəsidir”
# 04 avqust 2010 12:06 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib. Partiya sədri bildirib ki, onlar kütləvi aksiyaların birgə keçirilməsinin təşəbbüskarıdır və bununla bağlı qəbul etdikləri qərar qüvvədən düşməyib. Bununla belə, o, növbəti aksiyanın keçirilməsi ilə bağlı hələlik heç bir müzakirənin aparılmadığını qeyd edib. M. Mirəlioğlu iyulun 31-də keçirilən birgə aksiyanı müsbət qiymətləndirib: “Aksiya normal oldu, amma anormal təqdimat var idi. Yenə də kimlərinsə xəstəliyi baş alıb gedirdi. Əvvəla bu, ciddi bir məsələ idi ki, DUİ və Müsavat aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə birgə, AXCP isə ayrıca müraciət etmişdi. Bunlara baxmayaraq, sağalmaz xəstəliyə düçar olmuş bəzi şəxslər bunu Müsavat-AXCP mitinqi kimi təqdim etdilər. Bu isə istər-istəməz problem yaradır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR