Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat DUİ ilə razılaşmalara sadiq qalacaq”

Sülhəddin Əkbər: “Müsavat DUİ ilə razılaşmalara sadiq qalacaq”
# 05 avqust 2010 09:54 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, Müsavat ADP-ni də bu birlikdə görürdü: “Sadəcə, ADP son dövrlərdə bir qədər fərqli siyasət yürütdüyünə görə artıq biz bu müzakirələrdə onun adını çəkmirik. AXCP isə əslində açıq qapı siyasətinin aparılmasına qarşı sərt deyil. Sadəcə olaraq onlar prosesdə müəyyən ardıcıllıq istəyirlər. Əvvəlcə Müsavat-AXCP birliyi yaransın, ondan sonra digər qüvvələr cəlb olunsun”.

S. Əkbər bildirib ki, hazırda gündəmdə olan məsələ seçki blokunun yaradılmasıdır. O, DUİ ilə Müsavat arasında müəyyən razılaşmaların əldə olunduğunu və Müsavat Partiyasının bu razılaşmalara sadiq qalacağını qeyd edib: “Biz istəyirik ki, AXCP bu razılaşmaları da nəzərə alsın. Amma lazım gələrsə Müsavat Partiyası öz kvotası hesabına həmin yerləri güzəştə getməyə hazırdır. Müsavatın təklifi odur ki, DUİ ilə bəzi dairələrdə razılaşma olub və AXCP ilə danışıqlarda bu nəzərə alınsın. Biz DUİ-nin seçki blokunda iştirakının tərəfdarıq. Amma bu, birtərəfli qaydada Müsavatdan asılı deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR