Bank Of Baku

Müxalifət partiyalarının yeni seçki bloku avqustun sonunda elan olunacaq

Müxalifət partiyalarının yeni seçki bloku avqustun sonunda elan olunacaq
# 05 avqust 2010 12:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifət partiyalarının yeni seçki bloku avqustun sonunda elan olunacaq. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya bildirib ki, bloka üzv olacaq daha bir partiyanın rəhbəri ilə bu gün görüş keçirib. Hansı partiyanın rəhbəri ilə görüşdüyünü açıqlamayan Ə. Əliyev bildirib ki, tam razılıq əldə edilməyənə qədər blokun tərkibini açıqlamaq niyyətində deyillər: “Bugünkü görüşdə tələblər və əks-tələblər, blokun namizədləri, məqsədləri barədə müzakirə aparıldı”.

Ə. Əliyev deyib ki, məsələ tam həll olunmamış, detallara qədər razılaşmanın olmadığı halda ictimaiyyətə geniş açıqlama verilməyəcək. O, bloku 3 partiyanın təsis edəcəyini, daha sonra digər partiya və ziyalıların daxil olmasının nəzərdə tutulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR