Bank Of Baku

AMİP Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Beynəlxalq Demokrat İttifaqından kömək istəyib

AMİP Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Beynəlxalq Demokrat İttifaqından kömək istəyib
# 06 avqust 2010 15:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Milli Qəhrəman Mübariz İbrahimovun cəsədinin qaytarılması ilə bağlı Beynəlxalq Demokrat İttifaqına müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müraciətdə 1988-ci ildən Ermənistanın təcavüzü və Dağlıq Qarabağda separatizmin yayılması nəticəsində Azərbaycan ərazisinin 20%-nin işğal olunduğu bildirilir.

Partiya rəhbərliyi xatırladıb ki, bu il iyunun 18-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycanın Tərtər rayonu istiqamətində hücumu zamanı insan tələfatı verilib, öldürülən Azərbaycan milli ordusunun əsgəri Mübariz İbrahimovun cəsədi isə Ermənistana aparılıb. ATƏT, Avropa Şurası, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti və ABŞ dövlət katibi Hillari Klintonun müraciətlərinə, Azərbaycan hökumətinin bütün cəhdlərinə əhəmiyyət verməyən Ermənistan qətlə yetirilmiş gizirin cəsədini qaytarmaqdan imtina edib.

AMİP rəhbərliyi Ermənistanın beynəlxalq qanunlara zidd addımlar atdığını nəzərə çatdırıb. Partiya BDİ-yə üzv olan partiyaları M. İbrahimovun cəsədinin Azərbaycana qaytarılması üçün təmsil etdikləri dövlətlərin hökumətləri vasitəsilə Ermənistana təsir göstərməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR