Bank Of Baku

Bu ilin birinci yarısında 87 Qeyri Hökumət Təşkilatı dövlət qeydiyyatına alınıb, 114 mətbu nəşri uçota götürülüb

Bu ilin birinci yarısında 87 Qeyri Hökumət Təşkilatı dövlət qeydiyyatına alınıb, 114 mətbu nəşri uçota götürülüb
# 06 avqust 2010 22:30 (UTC +04:00)
Bu barədə APA-ya Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Kollegiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov məruzə ilə çıxış edib. Daha sonra isə altı ayın yekunlarına həsr olunmuş hesabat məruzələri dinlənilib. Qeyd olunub ki, cari ilin birinci yarısında nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 86 normativ-hüquqi akt layihəsi hazırlanıb, müxtəlif hüquq münasibətlərini tənzimləyən 841 belə akt hüquqi ekspertizadan keçirilib. 13 mindən çox bələdiyyə aktı inzibati nəzarət qaydasında yoxlanılıb, habelə 115 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması üzrə məsələ qaldırılıb.
Kollegiyada həmçinin vurğulanıb ki, bu ilin 6 ayı ərzində ölkənin notariat orqanları tərəfindən 1,4 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 154 mindən artıq əməliyyat aparılıb. Eyni zamanda, demokratiyanın möhkəmləndirilməsi və inkişafında mühüm rol oynayan, müasir cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilmiş qeyri-hökumət təşkilatlarının 87-nin hesabat dövründə dövlət qeydiyyatına alındığı, 114 mətbu nəşrin uçota götürüldüyünü bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR