Bank Of Baku

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda hərbi məktəblərə qəbul olunanlar və hərbi and içən əsgərlərlə görüşüb – FOTO

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda hərbi məktəblərə qəbul olunanlar və hərbi and içən əsgərlərlə görüşüb – <font color=red>FOTO </font>
# 09 avqust 2010 07:30 (UTC +04:00)
APA-nın qərb bürosunun məlumatına görə, N saylı hərbi hissədə keçirilən tədbirdə çıxış edən Q. Paşayeva hərbi and içən əsgərləri təbrik edərək onlara şərəfli peşələrində uğurlar arzulayıb və Azərbaycanın sürətli inkişafından danışıb: “Bu gün bizim həm iqtisadi, həm də hərbi cəhətdən güclü dövlətimiz var. Biz bu gücümüzlə sizin sayənizdə işğal altındakı torpaqları hər zaman düşmən tapdağından azad etməyə hazır olmalıyıq”.

Millət vəkili qeyd edib ki, Milli Qəhrəman Mübariz İbrahimovun döyüş yolu hər birimizə örnək olmalıdır. O, M. İbrahimovun ölümündən əvvəl valideynlərinə yazdığı məktubu əsgərlərə oxuyub, onun həyat və döyüş yolunu əks etdirən 10-a yaxın foto-lövhəni hərbi hissəyə təqdim edib.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov isə övladlarının andiçmə mərasimində iştirak edən valideynlərə vətənə sədaqətli oğul böyütdükləri üçün təşəkkür edərək deyib ki, Tovuz qəhrəman rayondur və onların övladları burada diqqət və qayğı ilə əhatə olunub.

Q. Paşayeva ali hərbi məktəb və hərbi liseylərə qəbul olunanlara milli qəhrəmanların həyatını əks etdirən kitab və qiymətli hədiyyələr verib. Tədbir daha sonra incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR