Bank Of Baku

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

YAP-ın rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
# 09 avqust 2010 08:25 (UTC +04:00)
APA-nın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov sentyabrın 8-də parlament seçkilərinə rəsmi start veriləcəyini xatırladaraq deyib ki, indiyə qədər partiya və onun yerli təşkilatları tərəfindən seçki proqramının ayrı-ayrı elementləri ilə bağlı müvafiq tədbirlər həyata keçirilib: “Hesab edirəm ki, qarşıdan gələn seçkilər partiyamızın böyük uğuru ilə yadda qalacaq. Bizim seçki strategiyamız ona yönəlib ki, 2005-ci il seçkiləri ilə müqayisədə daha böyük uğur qazanaq”.

YAP sədrinin müavini bildirib ki, 2005-ci ildə partiya üzvlərinin sayı 400 min nəfərdən aşağı idi, hazırda isə bu göstərici 500 min nəfərdən artıqdır. Onun fikrincə, YAP-da kəmiyyət və keyfiyyət göstəriciləri də qarşıdan gələn parlament seçkilərində böyük uğuru şərtləndirən səbəblərdəndir.

Müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin üzvü Siyavuş Novruzov çıxış edərək seçki ilə bağlı qarşıda duran vəzifələri partiyanın rayon və şəhər təşkilatları sədrlərinin diqqətinə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR