Bank Of Baku

Müsavat Partiyası AXCP ilə növbəti danışıqlar üçün konkret təkliflər hazırlayıb

Müsavat Partiyası AXCP ilə növbəti danışıqlar üçün konkret təkliflər hazırlayıb
# 09 avqust 2010 16:23 (UTC +04:00)
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsasən parlament seçkilərinə hazırlıq məsələsi müzakirə edilib. Ölkədəki son proseslər dəyərləndirilib və görüləcək işlər planlaşdırılıb.

Toplantıda Müsavat Partiyası ilə AXCP arasında gedən danışıqlar haqqında məlumat verilib. Həmçinin, seçkilərdə birgə iştirak yönündə müzakirələr aparılıb və növbəti danışıqlar üçün konkret təkliflər hazırlanıb.

Yığıncağın sonunda eks-prezident Əbülfəz Elçibəyin vəfatının ildönümü ilə bağlı tədbirlər planı haqqında müzakirələr aparılıb və qərar qəbul edilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR