Bank Of Baku

Azərbaycan prezidenti Xətai rayonunda mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub

Azərbaycan prezidenti Xətai rayonunda mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub
# 10 avqust 2010 11:41 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Bakının Xətai rayonunda, Zığ yolunun kənarında əsaslı surətdə yenidən qurulmuş mədəniyyət və istirahət parkında yaradılmış şəraitlə tanış olub. APA-nın məlumatına görə, prezidentə məlumat verilib ki, parkın ərazisi 2,3 hektardır və onun 1,5 hektarı yaşıllaşdırılıb.

Burada 5 min müxtəlif ağac və gül kolları əkilib, əyləncə qurğuları, kölgəliklər quraşdırılıb, uşaq oyun kompleksləri düzəldilib.

Parkın ətrafındakı binalarda da yenidənqurma işləri aparılıb, fasadlar rənglənib.

Prezident İ. Əliyev görülmüş işlərdən razılığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR