Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “Müsavat AXCP ilə əməkdaşlıq edəcəksə, bizimlə əməkdaşlığı davam etdirməsi mümkün deyil”

Mirmahmud Mirəlioğlu: “Müsavat AXCP ilə əməkdaşlıq edəcəksə, bizimlə əməkdaşlığı davam etdirməsi mümkün deyil”
# 10 avqust 2010 16:29 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Demokratiya Uğrunda İttifaqa daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.

M. Mirəlioğlu deyib ki, əslində, Müsavat Partiyası özü də ehtiyatlanmalıdır: “Çünki onlar da “Müsavat Partiyasının namizədini müdafiə etməyəcəyik” bəyanatını eşidə bilərlər”.

KXCP sədrinin sözlərinə görə, məsələni çözməkdən ötrü bu həftə Müsavat Partiyasının rəhbərliyi ilə görüşəcəklər: “Görüşdə konkret nəticə hasil olacaq. Bizim namizədimiz müdafiə olunmayan yerdə təbii ki, biz də kimsəni müdafiə etməyəcəyik. Biz istəyirdik ki, öhdəliklərimiz qarşılıqlı olsun. Əgər Müsavat Partiyası bu istiqamətdə AXCP ilə əməkdaşlıq edəcəksə, bizimlə əməkdaşlığı davam etdirə bilməz, bu, mümkün deyil. Əgər 3-4 namizədi olan bir təşkilat «3» və «4» rəqəmlərini birləşdirib «34 namizəd» deyirsə, yaxud ölkə üzrə tanınmış yalnız 4-5 namizədi olan təşkilat namizədlərinin sayını 45 deyirsə, bu, o deməkdir ki, bütün məsələlər öz-özünə həll olunacaq. Bu məsələlər Müsavatla DUİ arasında müzakirə olunacaq və yəqin ki, biz yox, Müsavat Partiyası seçim qarşısında qalacaq”.

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı AXCP-nin heç bir halda DUİ-dən olan hər hansı namizədin müdafiə olunmasını mümkün saymadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR