Prezident İlham Əliyev: “Dağlıq Qarabağ danışıqlarında Azərbaycanın mövqeləri güclənir”
Dövlət başçısı vurğulayıb ki, ayrılan maliyyə vəsaitindən çox səmərəli istifadə olunur. Sərhədçilər, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün əməli işlər görülür, evlər tikilir, istirahət mərkəzləri, idman qurğuları yaradılır: “Azərbaycan Dövlət Sərhəd Xidməti bu gün dünya miqyasında öz layiqli yerini tuta bilib və Azərbaycanın sərhədlərinin qorunması işində böyük nailiyyətlərə nail olub".
Prezident bildirib ki, gələcəkdə də bu məsələ daim diqqət mərkəzində olacaq: “Azərbaycan sərhədlərinin lazımi səviyyədə qorunması üçün gələcəkdə də əlavə vəsait ayrılacaq, yeni texniki imkanlar da əldə olunacaq. Bütövlükdə Sərhəd Xidmətinin müasir quruma çevrilməsi istiqamətində çox böyük işlər görülüb. Bu gün Sərhəd Qoşunları çox güclü və çevik hərbi birləşmədir. Sərhəd Xidmətinin qarşısında qoyulan vəzifələrdən biri də məhz ondan ibarətdir ki, Sərhəd Qoşunlarının döyüş qabiliyyəti artırılsın. Bu məqsədlər üçün silah-sursat, texnikanın alınması prosesi davam edir və deyə bilərəm ki, Sərhəd Qoşunları istənilən anda Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün ordumuzla bərabər hərəkət etməyə hazırdır. Artıq iki ildir ki, ardıcıl şəkildə keçirilmiş hərbi təlimlər və Sərhəd Qoşunlarının bu təlimlərdə fəal iştirakı bunun bariz nümunəsidir”.
Prezident deyib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bunu etmək üçün bütün hərbi qurumlar vahid komanda altında birləşib və Ali Baş Komandanın əmrləri ilə hərəkət edir: “Lazım gələn anda bütün hərbi qurumlar bir yumruq kimi hərəkət edəcək, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Bunu etmək üçün güclü iqtisadiyyat və güclü hərbi potensial lazımdır. Azərbaycan həm güclü iqtisadi potensiala, həm də hərbi potensiala malik olan ölkədir”.
Dövlət başçısı Azərbaycanın gündən-günə gücləndiyini qeyd edib: “Maliyyə imkanlarımız, hərbi xərclərimiz artır, hərbi xərclərimiz dövlət büdcəsində ən birinci yerdədir. Bu, belə də olmalıdır, çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb, atəşkəs razılaşması var. Ancaq müharibə davam edir. Biz hər an hazır olmalıyıq və hazırıq ki, öz torpaqlarımızı işğalçılardan azad edək”.
Prezident bildirib ki, Azərbaycanın hərbi potensialının gücləndirilməsi üçün bütün səylər səfərbər olunub: “Bütün maliyyə resurslarını cəmləşdirmişik ki, torpaqlarımızı işğalçılardan azad edək. Bu gün Azərbaycan Ordusu, Azərbaycanın hərbi potensialı buna imkan verir. Sadəcə olaraq, biz istəyirik ki, məsələ dinc yolla, danışıqlar yolu ilə həll olunsun. Danışıqlarda Azərbaycanın mövqeləri güclənir. Azərbaycanın danışıqlarda konstruktiv mövqeyi artıq reallıqdır. Qarşı tərəf isə vaxt uzatmaqla məşğul olmağa və sadəcə olaraq, danışıqları pozmağa çalışır. Ancaq danışıqlar pozularsa, o zaman yeni vəziyyət yaranacaq və məsələnin hərbi yolla həlli məsələsi gündəliyə salınacaq”.
Prezident deyib ki, Azərbaycanın böyük və gözəl gələcəyi var: “Bu gün ölkə sözün əsl mənasında intibah dövrünü yaşayır. Bütün sahələrdə quruculuq, abadlıq işləri, sürətli inkişaf təmin olunur. Bütün regionlarda işlər sürətlə gedir. Bakı gözəlləşir, abadlaşır. Bizim maliyyə imkanlarımız artır. Uğurlu neft siyasətimiz, regionların inkişafı, bir sözlə, Azərbaycanın uğurlu yüksəlişi və bundan sonrakı illərdə dayanıqlı inkişafı artıq reallıqdır. Biz ölkəmizi, müstəqil siyasətimizi qorumalıyıq. Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlərə çatıb. Müstəqil ölkə kimi müstəqil siyasət aparırıq. Azərbaycan xalqının maraqları müdafiə edilir. Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan bir ölkə, etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal rol oynayır”.
Dövlət başçısı ölkəmizin təhlükəsizliyinin qorunmasında Sərhəd Xidmətinin çox böyük rolu olduğunu vurğulayıb: “Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Yol polisi Formula-1-lə əlaqədar sürücülərə müraciət edib
XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində açıq havada konsert proqramı nümayiş olunub - FOTO
FHN-in Muğan Regional Mərkəzi kompleks mülki müdafiə təlimi keçirib - FOTO
Filippində məktəbdə atışma olub, ölən və yaralananlar var
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 36 mənzil verilib
Milli Musiqi Günü münasibətilə I Fəxri xiyabanda Üzeyir Hacıbəylinin məzarı ziyarət edilib - FOTO
ADY: Orta Dəhliz üzrə yükdaşımaların artması lokomotiv parkının yenilənməsini zəruri edir
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İnam Kərimov Asiya-Sakit okean regionu Ali Məhkəmələri sədrlərinin konfransında iştirak edib
FHN sürücülərə müraciət edib
APA Group yeni mövsümə başlayıb - VİDEO
Metro və dəmir yolu layihələri üçün torpaqların alınması qaydaları təkmilləşdirilir
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb, aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılması planını nəzərdən keçirir
Tahir Gozal “Azərbaycan Sənaye Bankı”nın rəhbəri seçilib - EKSKLÜZİV
Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinə media-tur təşkil edilib - FOTO
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Tbilisidə uşaq bağçalarında kütləvi zəhərlənmə olub, istintaq başlanılıb
“Yelo Bank”ın Müşahidə Şurasına yeni təyinat olub
ADY lokomotiv parkını yeniləyir: Çindən yeni lokomotivlər Bakıya gətirilib - FOTO
Azərbaycan DTX 5 ölkədə paralel antiterror tədbirləri keçirib, 10 nəfər saxlanılıb - VİDEO
Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb
NBC News: Pakistanda aprel görüşlərində İranla razılaşmanın qarşısını Marko Rubio alıb
Azərbaycan nefti 121 dollara satılıb
EBRD-nin Azərbaycandakı kredit portfelinin həcmi açıqlanıb
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı keçirilib, Aras Bulut İynemli və daha 14 nəfər saxlanılıb
“Aşk-ı Memnu”nun aktrisası vəfat edib
Ötən gecə Moskva səmasında 64 Ukrayna dronu vurulub
Bu günün valyuta məzənnələri
Rusiyada Dövlət Dumasına seçkilər başlayıb
Dünya bazarında neftin qiyməti 104 dollardan aşağı düşüb
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Zaqatalada 52 yaşlı kişinin meyiti tapılıb
“Bitcoin”in qiyməti 77 min dolları ötüb
Qlobal fond bazarlarında yüksəliş müşahidə olunub
Bloomberg: ABŞ Tramp-Si Cinpin görüşünədək Çinə qarşı yeni rüsumlar tətbiq etməyəcək
KİV: ABŞ İraqdan çıxması ərəfəsində hava hücumundan müdafiə sistemlərini sökməyə başlayıb
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd F-35 qırıcısının mümkün satışını təsdiqləyib
Axios: ABŞ Yaxın Şərqdəki hazırkı hərbi qüvvələrini uzun müddət saxlaya bilməyəcək
Aİ raket və PUA alınması üçün Ukraynaya 3,3 milyard avro ayıracaq
Husilər Səudiyyə Ərəbistanının Yəmənə sutka ərzində 37 hava zərbəsi endirdiyini açıqlayıb
ABŞ İranın “BitBank” kriptovalyuta birjasına sanksiya tətbiq edib
Reuters: Aİ Çinlə ticarət danışıqlarında oktyabradək konkret nəticələr əldə etməyə ümid edir
Axios: Ağ Ev İranın müharibədən sonrakı çəkindirilməsi strategiyasını hazırlayır
Putin Rusiyanın ərzaq embarqosunu 2028-ci ilin sonunadək uzadıb
ABŞ-da F-16 qırıcısı qəzaya uğrayıb
Pentaqon “Lockheed Martin”lə AIM-260 raketlərinin istehsalının artırılması barədə razılaşıb
UEFA Avropa Liqası: “Beşiktaş” böyük hesablı qələbə qazanıb
Makron Fransada yanacağın qiymətlərini dözülməz adlandırıb
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib