Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri MSK sədri ilə görüşüb
# 11 avqust 2010 15:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə qarşıdan gələn seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası ilə ATƏT arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. MSK sədri seçicilərin, aşağı seçki komissiyaları üzvlərinin və seçki prosesində iştirak edəcək digər subyektlərin maarifləndirilməsi proqramının davam etdirildiyini deyib və avqustun ikinci yarısından etibarən bu sahədə işlərin intensivləşəcəyini diqqətə çatdırıb. O bildirib ki, qeyd olunan dövrdə televiziyalarda seçki hüququ ilə bağlı maarifləndirici verilişlər hazırlanaraq efirə veriləcək, dövri nəşrlərdə də bu səpkili materiallar çap etdiriləcək. Bundan əlavə, yaxın vaxtlarda dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil ediləcək.

Görüşdə ATƏT-in Bakı ofisi ilə birgə keçiriləcək tədbirlər barədə də müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR