Bank Of Baku

Müxalifətin aksiyasında saxlanılan şəxsləri təhqir edən polis əməkdaşının adı məlum olub

Müxalifətin aksiyasında saxlanılan şəxsləri təhqir edən polis əməkdaşının adı məlum olub
# 12 avqust 2010 15:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanılan müxalifət partiyalarının bir qrup üzvünü təhqir edən polis əməkdaşının adı məlum olub. Bu barədə APA-ya məlumat verən Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə həmin şəxslə bağlı müvafiq qurumlara müraciət etdiyini bildirib: “Araşdırmalar zamanı məlum oldu ki, həmin adam Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Mirzeynalabdin Seyidovdur. Həmin şəxs əvvəllər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çalışıb. O, saxlanılan şəxslərə qarşı təhqir və söyüş işlədib, həmçinin saxlanılanların gözü qarşısında təcridxana əməkdaşları ilə də kobud davranıb. Saxlanılanların namaz qıldığı xalçanı əvəzləyən qəzeti ayağı ilə itələyib, onlara xoşagəlməz sözlər deyib, hədə-qorxu gəlib. Mən bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinə də müraciət etmişəm. Eyni zamanda hesab edirəm ki, daxili işlər naziri də məsələni araşdıracaq. Çünki polisin bu cür hərəkətə yol verməsi qəbul olunmazdır”.

Məsələyə Bakı Şəhər Baş Polis İdarəsindən münasibət bildirilməyib.

Qeyd edək ki, bəzi müxalifət partiyalarının iyulun 31-də Bakıda icazəsiz aksiyası zamanı bir neçə nəfər saxlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR