Bank Of Baku

YAP nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsinə baş çəkib

YAP nümayəndə heyəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsinə baş çəkib
# 12 avqust 2010 16:18 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədovun rəhbərliyi ilə YAP nümayəndə heyəti Biləsuvar rayonuna səfər edərək Milli Qəhrəman Mübariz İbrahimovun ailəsi ilə görüşüb. APA-nın YAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhidin atası Ağakərim İbrahimovla görüşən Əli Əhmədov qeyd edib ki, dövlət başçısı İlham Əliyev tərəfindən Mübariz İbrahimovun Milli Qəhrəman adına layiq görülməsi onun şərəfli döyüş yoluna verilən ən böyük qiymətdir: «Bu gün Azərbaycanda hamı Mübarizi tanıyır, bütün gənclərimiz ondan danışır. Nə qədər ki, torpaqlarımız işğaldan azad edilməyib, Azərbaycan öz torpaqlarını geri qaytarmayıb, bizim Mübariz kimi qəhrəmanlara ehtiyacımız var. O, öz qəhrəmanlığı ilə bütün dünyaya sübut etdi ki, Azərbaycan öz torpaqlarını geri qaytaracaq və bunun üçün Azərbaycanın qəhrəman övladları, canını bu torpaqların yolunda hər an qurban verməyə hazır olan igidlərimiz var».

YAP sədrinin müavini qeyd edib ki, Mübarizin qəhrəmanlığı hər bir Azərbaycan gənci üçün bir örnək olmalıdır: «Mübariz İbrahimov kimi on minlərlə gəncimiz var ki, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Azərbaycan dövləti hələ ki, danışıqlar yoluna üstünlük verir. Danışıqlar nəticə verməsə, Ali Baş Komandanın əmri ilə xalqımız torpaqlarımızı işğalçılardan təmizləyəcək».

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov oğlunun göstərdiyi qəhrəmanlıqdan qürur duyduğunu, dövlət başçısı, Yeni Azərbaycan Partiyası və ümumilikdə ictimaiyyət tərəfindən ailələrinə göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını bildirib. Şəhid atası vurğulayıb ki, övladını itirsə də, o Azərbaycan xalqının timsalında 9 milyonluq ailə qazanıb və lazım gələrsə, Ali Baş Komandanın əmri ilə əlində silah Vətən torpaqlarını işğalçılardan azad etməyə hazırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR