Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifətin namizəd irəli sürməsini izləyirik, onlara alternativ namizədimizi irəli sürəcəyik”

Siyavuş Novruzov: “Müxalifətin namizəd irəli sürməsini izləyirik, onlara alternativ namizədimizi irəli sürəcəyik”
# 12 avqust 2010 16:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. «Müxalifət mətbuatında Yeni Azərbaycan Partiyasının (YAP) parlament seçkiləri ilə bağlı namizədlərinin müəyyənləşdirilməsi haqqında yazılan fikirlər qətiyyən həqiqəti əks etdirmir». APA-nın məlumatına görə, bunu YAP-ın rəsmi saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, YAP namizədlərin müəyyənləşdirilməsində bir sıra amilləri əsas götürür: «İlk növbədə, partiya hər bir dairədən özünün namizədini irəli sürəcək».

Bununla bağlı kifayət qədər tədqiqat işinin aparıldığını deyən YAP İcra katibinin müavini tədqiqat işinin yekunlaşmaq üzrə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, hazırda müxalifət tərəfi seçkilərlə bağlı ümumi bəyanatlar verir.
«Biz onların hansı seçki dairələrindən kimi namizəd irəli sürməsini izləyirik və onlara qarşı alternativ namizədimizi irəli sürəcəyik. Namizədlərin siyahısını isə vaxtı çatanda elan edəcəyik», - deyə YAP İcra katibinin müavini vurğulayıb.

S. Novruzov əlavə edib ki, müxalifət partiyaları birləşsə belə, 125 dairənin hamısına namizəd tapa bilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR