Bank Of Baku

AXCP sədrinin müavini Nurəddin Məmmədli Mirmahmud Mirəlioğlunu terrorçu adlandırıb

AXCP sədrinin müavini Nurəddin Məmmədli Mirmahmud Mirəlioğlunu terrorçu adlandırıb
# 13 avqust 2010 09:07 (UTC +04:00)
“Mənim müsahibəm qəzetlərdə çap olunub. Fikrimi gizli işarələrlə yox, birbaşa ifadə etmişəm. Mənim ideoloji platforma əsasında dediklərimin mahiyyəti ona istiqamətlənib ki, bu gün Azərbaycanda real müxalifət mövqeyində duran bütün partiyaların birliyinə nail olmaq lazımdır. Eyni zamanda, həmin müsahibədə məqsədim ondan ibarət olub ki, əgər birləşmə iddiasındayıqsa, bunu ictimai müzakirəyə çıxarmağın əleyhinə olduğumu bildirim. Tərəflər öz aralarında danışıqlar aparmalı və bu danışıq əsasında yalnız qərarlaşdırılmış, razılaşdırılmış mövqelər ictimaiyyətə açıqlanmalıdır. KXCP isə qara yaxmaqla məşğuldur” - deyə, N. Məmmədli bildirib.

O, heç vaxt cəmiyyətin qınağından qorxmadığını, dediklərinin arxasında durduğunu bildirib: “Dediklərimi təkrar-təkrar bir də deməyə hazıram. Çox istərdim ki, Azərbaycan cəmiyyəti mənim fikirlərimə həqiqətən də ciddi yanaşsın. Bir daha təkrar edirəm: bu gün heç kim sübut edə bilməz ki, daha çox hansı qrup Rəsulzadə-Elçibəy yolundadır. Terror yolunu seçib, bəzi ölkələrin Ayətullahları kimi kimisə öldürməyi siyasi fəaliyyətində aparıcı istiqamət kimi qəbul eləyən, hətta o məsuliyyəti üzərinə götürən siyasət adamının mənim haqqımda nə deməsinin qətiyyən əhəmiyyəti yoxdur. “Qorbaçovu öldürəcəyəm” deyən bir adamın liberal dəyərlər, millətçilik, ümumiyyətlə, siyasət haqqında danışmağa mənəvi haqqı yoxdur. Mirmahmud Mirəlioğlu belə deməklə özünü Azərbaycan xalqına sevdirmək, Ayətullah funksiyasını daşımaq istəyir. Onun Qorbaçovla bağlı dedikləri siyasətçi işi deyil, bu, terrora çağırışdır. Terrora çağırış isə dövləti cinayətdir və Cinayət Məcəlləsində bununla bağlı konkret maddə var. Bu gün Mirmahmud Mirəlioğlu Əli Kərimli və ətrafını söyməsəydi, onun haqqında cinayət işi qaldırılardı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR