Bank Of Baku

AXCP sədr müavini: “Müsavat güzəştə getdiyi dairələrin sayını artırmalıdır”

AXCP sədr müavini: “Müsavat güzəştə getdiyi dairələrin sayını artırmalıdır”
# 13 avqust 2010 14:28 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Müsavat Partiyasının 36 dairədə AXCP-yə güzəştə getməsi barədə açıqlamasını müsbət qiymətləndiririk. Əslində, bu o deməkdir ki, biz seçki blokunun yaradılması üçün çox mühüm bir mərhələni qət etmişik”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Bununla yanaşı, o qeyd edib ki, AXCP-nin 30, Müsavatın isə 36 dairədə güzəştə getməsi yalnız ilkin addımdır, bu proses davam etməlidir: “Yəni, AXCP güzəştə getdiyi dairələrin sayını artıracaq, eyni zamanda, biz Müsavatın da 36 dairənin sayını artırmasını gözləyirik. Biz Müsavat Partiyası ilə müzakirələrin gedişində bildirmişik ki, 45 dairədə AXCP-nin üzərində durduğu namizədlər partiya üçün çox mühüm əhəmiyyət daşıyır, bu namizədlərin müdafiəsi Müsavat tərəfindən qəbul olunsun. Qalan dairələrdə isə müzakirələrə hazırıq”.

F. Qəhrəmanlı deyib ki, iki partiyanın vacib hesab etdiyi dairələrlə bağlı istəklərin üst-üstə düşməsi də gözlənilir: “Bu dairələrlə bağlı məsələnin necə həll olunması ilk növbədə, partiya liderləri arasında müzakirə olunacaq. İstisna edilmir ki, müəyyən dairələrdə razılığa gəlmək mümkün olmasın. 2005-ci ildə də belə təcrübə var idi. Belə dairələrin sayı çox az, yəni bir neçə ola bilər. Bir neçə dairə blokun mövcudluğuna əngəl ola bilməz».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR