Bank Of Baku

ADP parlament seçkilərində iştirak formatını yaxın 10 gündə müəyyənləşdirəcək

ADP parlament seçkilərində iştirak formatını yaxın 10 gündə müəyyənləşdirəcək
# 16 avqust 2010 09:05 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) parlament seçkilərində hansısa blokda təmsil olunmaqla, yaxud partiya olaraq iştirak etməsi barədə qərarını yaxın 10 gün müddətində verəcək. Bu barədə APA-ya açıqlamasında ADP sədrinin I müavini Həsrət Rüstəmov bildirib.

Onun sözlərinə görə, hazırda ADP-nin namizədlər siyahısında 70 nəfərin adı var. H. Rüstəmov bildirib ki, partiya seçkiyə təkbaşına gedəcəyi təqdirdə, bu siyahıdakı şəxslərin sayı artırılacaq, blok şəklində gedəcəyi halda isə azaldılacaq: «Namizədlərin sayının dəqiqləşdirilməsi prosesi gedir. ADP seçkiyə təkbaşına getsə, namizədlərin sayı yəqin ki, 72-75 olacaq».

Qeyd edək ki, ADP-nin Ümid, Vətəndaş və İnkişaf, Azərbaycan Liberal partiyaları ilə birlikdə blok yaratmaq istiqamətində danışıqlar apardığı bildirilsə də, indiyədək konkret qərar olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR