Bank Of Baku

Arif Hacılı: “Müsavat koalisiya naminə ciddi güzəştlərə getmək məcburiyyətində qalacaq”

Arif Hacılı: “Müsavat koalisiya naminə ciddi güzəştlərə getmək məcburiyyətində qalacaq”
# 16 avqust 2010 10:27 (UTC +04:00)
Yəni, qarşılıqlı güzəştə gedilən dairələrin sayı 66 idi. Lakin partiya sədrləri İsa Qəmbərlə Əli Kərimlinin görüşündə müəyyən dəqiqləşmələrdən sonra məlum oldu ki, 63 dairədə razılaşma əldə edilib». Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Onun sözlərinə görə, digər dairələrlə bağlı müzakirələr davam etdiriləcək. AXCP-nin 45 namizədi xüsusi olaraq vacib saydığını açıqladığı halda, Müsavatda analoji namizədlərin sayının neçə olacağı ilə bağlı suala isə A. Hacılı belə cavab verib: “AXCP-nin vacib namizədlərinin sayından xəbərim yoxdur. Müsavat Partiyası 100-dən çox dairədə namizədini müəyyənləşdirib. Bu namizədlərin hamısı bizim üçün vacibdir, vacib olmayanı yoxdur”.

Bununla yanaşı, A. Hacılı qeyd edib ki, Müsavat Partiyası koalisiya naminə ciddi güzəştlərə getmək məcburiyyətində qalacaq. O, AXCP ilə blok yaratmaq istiqamətində atılan addımlarla yanaşı, Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların namizədlərinin də müdafiə ediləcəyi ilə bağlı onlarla razılıq əldə olunduğunu da xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR