Bank Of Baku

DUİ Sədrlər Şurasının toplantısı keçirilib

DUİ Sədrlər Şurasının toplantısı keçirilib
# 16 avqust 2010 11:59 (UTC +04:00)
Bakı – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilərək müvafiq qərarlar qəbul olunub.

DUİ Sədrlər Şurası qurumun parlament seçkilərinə hazırlığının vəziyyətini və seçki qərargahının fəaliyyətini müzakirə edib. Qurum sel və daşqınlar nəticəsində zərər çəkmiş ölkə vətəndaşlarına qarşı polis zorakılığını pisləyib və kompensasiyaların ədalətli bölünməsini istəyib.

Sədrlər Şurası Azərbaycan hakimiyyətinin anomal istilərə hazır olmadığını vurğulayıb və hökumətdən tədbirlər proqramı hazırlanmasını tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR