Bank Of Baku

Müsavat Partiyası Divanının toplantısı keçirilib

Müsavat Partiyası Divanının toplantısı keçirilib
# 16 avqust 2010 14:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.
Gündəlikdə müzakirə olunan əsas məsələ parlament seçkilərində müxalifətin əməkdaşlığı məsələsi olub. Bu istiqamətdə aparılan məsləhətləşmələrin gedişi barədə məlumat verilib. Qeyd edilib ki, dairələr üzrə vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı hiss olunan irəliləyiş əldə olunub. Məlumatın müzakirəsindən sonra Divan məsləhətləşmələrin davam etdirilməsini və sürətləndirilməsini məqsədəuyğun hesab edib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə son zamanlar daha da dərinləşməkdə olan Rusiya-Ermənistan hərbi əməkdaşlığı müzakirə olunub.
ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın öz hərbi bazasının Ermənistan ərazisində qalmasını 49 ilə qədər uzatmasını, bu ölkənin təhlükəsizliyi ilə bağlı öz üzərinə bir sıra öhdəliklər götürməsini regionda gərginliyin artırılmasına yönəlmiş bir addım kimi dəyərləndirən Divan xüsusi narahatlıq ifadə edib və bu məsələ ilə bağlı ayrıca bəyanat qəbul edib.
Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR