Bank Of Baku

ADP Abdulla Gülün Azərbaycana səfərini çox mühüm hadisə kimi qiymətləndirib

ADP Abdulla Gülün Azərbaycana səfərini çox mühüm hadisə kimi qiymətləndirib
# 16 avqust 2010 15:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyətinin üzvləri son vaxtlar Rusiyanın Ermənistanla əlaqələrini hərbi müstəvi üzrə daha da möhkəmləndirərək Rusiya hərbi bazalarının adı çəkilən dövlətin ərazisində daha 49 il müddətinə saxlanılması ilə bağlı militarist cəhdlərindən narahatlıqlarını bildiriblər.

Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfərinə diqqət çəkən İdarə Heyəti üzvləri bu səfəri hazırkı dövrdə ölkəmiz üçün çox mühüm hadisə kimi dəyərləndiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin dini vəzifələr daşıyan dindarlar üçün attestasiya qaydaları tətbiq etməsinin yolverilməz olduğu vurğulanıb, bu qaydaların islamın demokratik təməl prinsiplərinə zidd olduğu qeyd edilib və bu məsələnin müzakirəsinin İslam Universiteti tərəfindən aparılması məqbul sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR