Bank Of Baku

Nurəddin Məmmədli: “AXCP də, Müsavat da qarşı tərəfdən daha çox güzəşt qoparmağa çalışır”

Nurəddin Məmmədli: “AXCP də, Müsavat da qarşı tərəfdən daha çox güzəşt qoparmağa çalışır”
# 17 avqust 2010 08:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin iclasında sədr Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında aparılan danışıqların nəticələri, AXCP və Müsavatın birgə seçki bloku yaratmaq istiqamətində görülən işlər müzakirə edilib. Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib.

İclasda qeyd olunub ki, iki partiyadan ibarət seçki blokunun yaradılması istiqamətində uğurlar qazanılıb: “Qeyd olundu ki, müəyyən dairələrdə kompromis variantlar alınıb, bəzi hallarda Müsavat, bəzi hallarda isə AXCP öz iddiasından imtina edərək tərəf müqabilinə güzəştə gedib. Amma hələ ki, mübahisəli olan dairələr də çoxdur. Bu istiqamətdə qarşılıqlı güzəştlərə əsaslanan danışıqlar prosesi davam etdirilir. Təbii ki, bu məsələdə hər iki partiya qarşı tərəfdən daha çox güzəşt qoparmağa çalışır. Bu, təbidir. Çünki hər bir partiyanın sədri üçün onun partiyasındakı nüfuzlu adamların maraqlarını təmin etmək istəyi var”.

N. Məmmədli deyib ki, belə bir şəraitdə bütün mübahisələrə son qoymaq üçün ən yaxşı variant namizədlərin sayında bərabərliyin təmin olunmasıdır: “Belə olduqda, mübahisəli dairələrin sayını minimuma endirmək olar“.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR