Bank Of Baku

VHP 72 namizəd irəli sürəcək

VHP 72 namizəd irəli sürəcək
# 17 avqust 2010 09:57 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qarşıdakı parlament seçkisində 72 nəfərin namizədliyini irəli sürəcək. Bu barədə APA-ya VHP Təşkilat şöbəsinin müdiri Samir Əsədli məlumat verib. O bildirib ki, artıq 56 namizədin dairələri dəqiqləşib. S. Əsədli namizədlərin adlarını və dairələrini hələlik açıqlamaq istəmədiklərini deyib: “Namizədlərimiz əsasən VHP rəhbərliyinə daxil olan şəxslər və gənclərdir”.

S. Əsədli VHP-nin bəzi partiyaların namizədlərini müdafiə edəcəyini də söyləyib. O, partiyanın seçkiyə blok şəklində getməməsini isə əsasən sənədləşmə işinin çox olması ilə əlaqələndirib: “2005-ci il parlament seçkilərində prosesə blok şəklində qatılmışdıq. “Demokratik Azərbaycan” blokunun tərkibində seçkiyə Ədalət, Azadlıq və Vahid Azərbaycan Milli Birlik partiyaları ilə birlikdə getmişdik. Həmin vaxt Vahid Azərbaycan Milli Birlik Partiyası bir namizəd irəli sürmüşdü. Azadlıq Partiyasının dövlət qeydiyyatı olmadığından partiya sədri Əhməd Orucun namizədliyi VHP tərəfindən irəli sürüldü. Ədalət Partiyasının namizədlərinin əksəriyyəti isə seçki vaxtı geri çəkildi. Nəticədə “Demokratik Azərbaycan” seçki blokunun əksər namizədlərini VHP irəli sürmüş oldu. 2005-ci ildə vaxtımızın çoxu seçki bloku ilə bağlı sənədləşmə, prosedur qaydalarının yerinə yetirilməsinə getdi. Beləliklə də lazım olan sayda namizəd irəli sürərək pulsuz efir vaxtı qazana bilmədik. Müxalifət partiyaları arasında blok şəklində səmimi əməkdaşlıq olmur. Bütün bunları əsas gətirərək seçkiyə blok şəklində deyil, təkbaşına getməyə qərar vermişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR