Bank Of Baku

Əli Əliyev deputatlığa namizədliyini verəcəyi seçki dairəsini açıqlayıb

Əli Əliyev deputatlığa namizədliyini verəcəyi seçki dairəsini açıqlayıb
# 17 avqust 2010 11:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev parlament seçkilərində iştirak edəcək.

Ə. Əliyev APA-ya deyib ki, artıq deputatlığa namizədliyini verəcəyi seçki dairəsini də müəyyənləşdirib. O, namizədliyini 17 saylı Yasamal III Seçki Dairəsindən verəcəyini açıqlayıb. Bununla bağlı müəyyən işlər görüldüyünü deyən Ə. Əliyevin sözlərinə görə, müxalifət təmsilçilərindən kiminsə həmin dairədən namizədliyini verməsindən də narahat deyil: “Hesab edirəm ki, əsas rəqib və ya mübarizə aparacağımız şəxs iqtidar təmsilçisi olacaq”.

Ə. Əliyev VİP üzvlərinin seçkidə iştirakı və namizədlərin tərkibinin müəyyənləşməsi istiqamətində zəruri addımların atıldığını da qeyd edib. Partiya sədri deyib ki, müttəfiq siyasi təşkilatlarla seçki dairələrinin uzlaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR