Bank Of Baku

AMİP və DUİ rəhbərliyi arasında görüş keçirilib

AMİP və DUİ rəhbərliyi arasında görüş keçirilib
# 17 avqust 2010 12:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə və partiyanın baş katibi Arzuxan Əlizadə Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevlə görüşüblər. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə əsas müzakirə mövzusu AMİP-in bir müddət əvvəl Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezident İlham Əliyevə, Milli Məclisə, siyasi partiyalara və ümumilikdə vətəndaş cəmiyyətinə etdiyi müraciət olub.

KXCP sədri M. Mirəlioğlu və BAP sədri E. Musayev AMİP-in münaqişənin həlli barədə irəli sürdüyü təklifləri dəstəklədiklərini bildirərək qeyd ediblər ki, ATƏT-in Minsk Qrupunun Ermənistan-Azərbaycan münaqişəsinin çözülməsində vasitəçiliyi səmərə verməyib. Partiya rəhbərləri AMİP-in münaqişənin çözülməsini BMT səviyyəsinə qaldırılması və ərazi bütövlüyümüzün bərpası üçün milli birliyə nail olunması haqqında etdiyi təkliflərlə həmrəyliklərini ifadə edərək cəmiyyəti fəallaşdırmağın vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR