Bank Of Baku

Müsavat və AXCP daha 6 dairədə vahid namizəd müəyyənləşdirib

Müsavat və AXCP daha 6 dairədə vahid namizəd müəyyənləşdirib
# 17 avqust 2010 13:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında görüş keçirilib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, görüşdə partiya sədrləri parlament seçkisində daha 6 seçki dairəsindən vahid namizədlə çıxış edilməsi ilə bağlı razılıq əldə ediblər. Bununla da, razılaşdırılmış seçki dairələrinin sayı 69-a çatıb.

Görüşdə, həmçinin müzakirələrin intensivliyinin artırılması və kütləvi aksiyaların davam etdirilməsi ilə bağlı məsələlər razılaşdırılıb. Qərara alınıb ki, gələn həftə aksiyaların keçirilməsinin vaxtı və digər texniki məsələlərlə əlaqədar məsləhətləşmələr aparılsın.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR