Bank Of Baku

İqbal Ağazadə AXCP-Müsavat əməkdaşlığını “kiçik birlik” hesab edir

İqbal Ağazadə AXCP-Müsavat əməkdaşlığını “kiçik birlik” hesab edir
# 18 avqust 2010 09:31 (UTC +04:00)
Ona görə də hesab edirəm ki, Ümid Partiyasının daha kiçik bloklarda və ya formatlarda təmsil olunması partiyamızın və cəmiyyətimizin maraqlarına o qədər də cavab vermir. Bunu seçməkdənsə, partiyamız təkbaşına mübarizəyə üstünlük verir”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib.

Ölkədəki bütün partiyalarla demokratik seçki keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklərini deyən İ. Ağazadə yaradılması gözlənilən ALP-VİP-ADP seçki blokuna qoşulmayacağını bildirib. O, indiki reallıqda ümumiyyətlə bloklaşma istiqamətində addımlar atmağa önəm vermədiyini vurğulayıb: “Bu gün AXCP-Müsavat da bizi hər hansı birliyə dəvət etsə, orada da olmayacağıq. Çünki xırda birliklərlə bir yerdə olmaqdansa, partiyamız adına daha böyük iş görə bilərik”.

İ. Ağazadənin fikrincə, müxalifətin bütün spektri, o cümlədən Azərbaycanın ən güclü təşkilatlanmış partiyalarından olan Ümid Partiyasının təmsil olunmadığı AXCP-Müsavat birliyi kiçik birlikdir.

İ. Ağazadə Ümid Partiyasının digər partiyalarla əməkdaşlığa açıq olmaq şərtilə parlament seçkisinə təkbaşına gedəcəyini qeyd edib: “Artıq 79 dairə üzrə namizədimizi müəyyənləşdirmişik, bu istiqamətdə proses davam edir”.

Qeyd edək, AXCP və Müsavat Partiyasının rəhbərliyi bu il keçiriləcək parlament seçkisinə blok şəklində qatılmaq istiqamətində danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR