Bank Of Baku

Daha iki müxalifət partiyası vahid namizəd siyahısı tərtib edib

Daha iki müxalifət partiyası vahid namizəd siyahısı tərtib edib
# 18 avqust 2010 11:51 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyasının (ALP) müttəfiqlik münasibətləri davam edir. Bu il keçiriləcək parlament seçkisində bir seçki blokunda təmsil olunacağıq. Bu, dəqiqdir. Hazırda bizim seçki blokunda daha kimlərin olacağı müzakirə edilir”. Bunu APA-ya açıqlamasında VİP sədri Əli Əliyev deyib. Partiya sədri VİP-lə ALP-nin vahid namizədlərdən ibarət ümumiləşmiş siyahı tərtib etdiyini, siyahıda 90-a yaxın şəxsin adının olduğunu söyləyib: “Ancaq siyahıda dəyişiklik aparıla bilər”.

Ə. Əliyev bəzi ictimai təşkilatların VİP və ALP-nin yaradacağı seçki blokunda təmsil olunmaq üçün müraciət etdiyini bildirib: “Hazırda təklifləri müzakirə edirik”.

Ə. Əliyev avqustun sonunadək seçki bloku elan edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR