Bank Of Baku

AMİP və ADP rəhbərliyi arasında görüş keçirilib

AMİP və ADP rəhbərliyi arasında görüş keçirilib
# 18 avqust 2010 12:02 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Milli İstiqlal Partiyasının yeni seçilmiş sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, mətbuat və təbliğat məsələləri üzrə katibi Əli Orucov Azərbaycan Demokrat Partiyasının mərkəzi qərargahında bu partiyanın rəhbərliyi ilə görüş keçirib. ADP-dən APA-ya verilən məlumata görə, görüş zamanı iki partiya arasındakı əməkdaşlıq məsələləri, AMİP-in Dağlıq Qarabağ məsələsi ilə əlaqədar təklifləri və parlament seçkilərində iştirakla bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə ADP-ni partiyanın sədri Sərdar Cəlaloğlu, birinci müavin Həsrət Rüstəmov və seçkilər üzrə müavin Taliyət Əliyev təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR