Bank Of Baku

Azərbaycanda DSK sədrləri üçün maarifləndirmə kursları keçiriləcək

Azərbaycanda DSK sədrləri üçün maarifləndirmə kursları keçiriləcək
# 18 avqust 2010 13:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, əvvəlcə MSK-nın 3 avqust 2010-xu il tarixli iclas protokolu təsdiqlənib.

Daha sonra aşağı seçki komissiya üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların keçirilməsi məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov xatırladıb ki, kurslar 2006-cı ildə Azərbaycan Prezidentinin imzaladığı İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planına əsasən keçiriləcək.

125 Dairə Seçki komissiyasının (DSK) sədrləri üçün kurslar avqustun 23-dən başlayaraq Bakı şəhərində keçiriləcək. Kurslarda trener qismində Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edəcək. M. Pənahov bildirib ki, Apelyasiya Məhkəməsi rəhbərlik səviyyəsində DSK sədrləri ilə maarifləndirici görüşlər keçirəcək. Proses avqustun 29-da yekunlaşacaq.

Yerlərdə isə sentyabrın 1-dən 3-dək seçki komissiyalarının üzvləri üçün kursları yerli prokurorluq orqanlarının, MSK-nın əməkdaşları keçəcək.

M. Pənahov Prezident Administrasiyası, MSK nümayəndələri və rayon icra hakimiyyətlərinin iştirakı ilə maarifləndirmə tədbirinin keçiriləcəyini də qeyd edib.

İclasda mövcud seçki dairələrinin Azərbaycan Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğunluğu məsələsinə baxılaraq səsə qoyulub və təsdiqlənib.

İclasda MSK-nın Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi məsələsinə də baxılıb. MSK katibi Natiq Məmmədov bildirib ki, seçki qanunvericiliyində aparılmış dəyişikliklərə əsasən, MSK-nın Əsasnaməsinə əlavə və dəyişikliklər edilməlidir. Məsələ səsə qoyularaq qəbul edilib.

Sonda bəzi seçki komissiyalarının tərkibinə dəyişiklik olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR