Bank Of Baku

AXCP ilə Müsavat Partiyası daha üç dairə üzrə razılıq əldə edib

AXCP ilə Müsavat Partiyası daha üç dairə üzrə razılıq əldə edib
# 19 avqust 2010 12:20 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı arasında görüş keçirilib. Bu barədə APA-ya F. Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, görüşün məqsədi AXCP və Müsavat Partiyası arasında seçki dairələri üzrə vahid namizədlərin razılaşdırılması üçün müzakirə aparmaq olub. Müzakirə nəticəsində daha 3 dairə üzrə vahid namizəd müəyyənləşdirməklə bağlı razılaşma əldə edilib. Bu dairələrdən 1-i paytaxtda, digər 2-si isə bölgələrdədir.

APA-nın əldə etdiyi məlumata görə, paytaxt üzrə razılaşdırılmış son dairə 32 saylı Suraxanı üçüncü seçki dairəsidir. Bununla da AXCP və Müsavat Partiyası arasında razılaşdırılmış dairələrin sayı 73-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR