Bank Of Baku

AMİP-in sədri Qüdrət Həsənquliyevlə görüşüb

AMİP-in sədri Qüdrət Həsənquliyevlə görüşüb
# 19 avqust 2010 12:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev və AMİP sədri Yusif Bağırzadə arasında görüş keçirilib. Bu barədə APA-ya BAXCP-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə müzakirə edilən əsas məsələ AMİP-in bir müddət əvvəl Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə, Milli Məclisə, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına ünvanladığı müraciətlə bağlı olub.

BAXCP sədri Qüdrət Həsənquliyev AMİP-in müraciətinə müsbət yanaşdığını bildirərək qeyd edib ki, siyasi partiyalar arasında ölkənin ən mühüm problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlərin keçirilməsi, müzakirələrin aparılması müsbət və nümunə olacaq addımlardır.

Yusif Bağırzadə AMİP-in Dağlıq Qarabağ probleminin həllinə xüsusi önəm verdiyini və ərazi bütövlüyü məsələsinin Milli İstiqlal Partiyası üçün prioritet olduğunu diqqətə çatdırıb, bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bildirib.

Hər iki partiya sədri münaqişənin həllinin BMT müstəvisinə qaldırılması və ərazi bütövlüyümüzün bərpası üçün milli birliyin vacibliyini qeyd edərək, ictimai müqavimətin təşkil olunması üçün cəmiyyəti fəallaşdırmağın vacibliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR