Bank Of Baku

İsa Qəmbərlə Əli Kərimlinin növbəti görüşünün vaxtı məlum olub

İsa Qəmbərlə Əli Kərimlinin növbəti görüşünün vaxtı məlum olub
# 20 avqust 2010 16:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasının rəhbərliyi arasında növbəti görüş avqustun 21-də keçiriləcək. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Görüşün Müsavat Partiyasının qərargahında keçirilməsi nəzərdə tutulub. A. Hacılı qeyd edib ki, Müsavat Partiyası özü üçün prioritet sayılan bir sıra dairələri müəyyənləşdirib. Görüş zamanı həmin dairələrlə bağlı müzakirələr aparılacaq.

Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, partiyanın Mərkəzi İcra Aparatının rəhbər Arif Hacılı, AXCP sədri Əli Kərimli, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı iştirak edəcək.

Qeyd edək ki, indiyədək Müsavat Partiyası ilə AXCP 70 seçki dairəsində vahid namizəd irəli sürməklə bağlı razılığa gəlib.

Milli Məclisə seçkilər isə 125 seçki dairəsi üzrə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR