Bank Of Baku

AXCP “Təbriz” kinoteatrının icarəyə götürülməsi üçün qiymət danışıqları aparır

AXCP “Təbriz” kinoteatrının icarəyə götürülməsi üçün qiymət danışıqları aparır
# 21 avqust 2010 09:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) rəhbərliyi AXCP-nin V (VIII) qurultayını keçirə biləcəyi “Təbriz” kinoteatrının rəhbərliyi ilə qiymət razılaşdırması üçün danışıqlar aparır. Bu barədə APA-ya AXCP sədrinin müavini Nurəddin Məmmədli məlumat verib. “Qiyməti hələlik açıqlamaq istəmirəm, bu, kommersiya sirridir”.

N. Məmmədli deyib ki, AXCP kondisionerli yer tapa bilməsə, qurultayı “Təbriz” kinoteatrında keçirməyə məcbur olacaq: “Ona görə də “Təbriz” kinoteatrı ilə qiymət razılaşması aparırıq. Əgər qurultayı orada keçirəsi olsaq, bunun üçün sentyabrda sərinlərin düşməsini gözləyəcəyik”.

Qeyd edək ki, Nizami rayon İcra hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev AXCP sədrinin müavini Nurəddin Məmmədliyə müraciət edərək tutumu 600 nəfər olan “Təbriz” kinoteatrında qurultay keçirməyə razı olduqlarını bildirib. AXCP funksionerləri isə havaların isti keçdiyi vaxtda kondisionersiz yerdə qurultay keçirmək istəmədiklərini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR