Bank Of Baku

AXCP və Müsavat Partiyası parlament seçkilərində birgə iştirakla bağlı görüş keçirib

AXCP və Müsavat Partiyası parlament seçkilərində birgə iştirakla bağlı görüş keçirib
# 21 avqust 2010 16:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında AXCP və Müsavat Partiyasının rəhbərliyi arasında görüş keçirilib.

Görüşdən sonra APA-ya açıqlama verən Əli Kərimli bildirib ki, qarşıdan gələn parlament seçkilərində Müsavat Partiyası ilə 70-dən çox seçki dairəsində vahid namizədin irəli sürülməsi ilə bağlı razılığa gəlinib: “Ümid edirəm ki, yaxın günlərdə seçki bloku yarada biləcəyik”.

Ə.Kərimli yaradılacaq seçki blokunun adı ilə bağlı məsələnin hələ açıq qaldığını da deyib: “Adla bağlı variantlar var. Hazırda bu məsələni müzakirə edirik”.

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bildirib ki, AXCP ilə Müsavat Partiyası arasında danışıqlar müsbət şəkildə davam etdirilir: “Seçkidə birgə iştirakla bağlı müzakirələr davam edir. Danışıqlar kifayət qədər konstruktiv və səmərəli keçir. Konkret məlumatların isə müzakirələr yekunlaşdıqdan sonra verilməsi daha düzgün olardı. Mən müzakirələrin mətbuat vasitəsilə deyil, masa arxasında aparılmasının tərəfdarıyam”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR