Bank Of Baku

Müsavat başqanı: “AXCP ilə razılaşdırılmamış müəyyən dairələr sərbəst qalacaq”

Müsavat başqanı: “AXCP ilə razılaşdırılmamış müəyyən dairələr sərbəst qalacaq”
# 23 avqust 2010 07:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “İki partiya arasında seçki dairələri üzrə vahid namizədlərin razılaşdırılması çox mürəkkəb prosesdir. Buna baxmayaraq, AXCP ilə Müsavat Partiyası yolun yarıdan çoxunu keçib”. APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər deyib.

İ. Qəmbər bildirib ki, iki partiyanın vahid namizədlər üzrə siyahını razılaşdırması prosesi yekunlaşmaq üzrədir: “Təbii ki, çətinliklər də var. Çünki dairələrin hamısında namizədləri razılaşdırmaq o qədər də sadə məsələ deyil. Biz demokratik təşkilatlarıq və seçkilərdə iştirak etmək istəyən namizədlərin birinin güzəştə getməsi o zaman mümkün olur ki, onlar buna hazır olurlar, biz onlardan mütləq kənara çəkilməsini tələb etməyi düzgün saymırıq. Ona görə də 125 dairədən neçəsində razılaşma əldə etmək mümkün olacaqsa, həll olunacaq, ola bilsin, qalan müəyyən dairələr sərbəst buraxılacaq və orada istənilən şəxs namizədliyini verə biləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR