Bank Of Baku

Məzahir Pənahov: “Deputatlığa namizədlərin qeydiyyata alınması prosedurasını bundan artıq sadələşdirmək mümkün deyil”

Məzahir Pənahov: “Deputatlığa namizədlərin qeydiyyata alınması prosedurasını bundan artıq sadələşdirmək mümkün deyil”
# 23 avqust 2010 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O bildirib ki, namizədliyin qeydiyyata alınması üçün şəxs ərizə ilə seçki dairəsinə müraciət etməlidir: “Dairədən ona imza toplamaq üçün imza vərəqələri verir. Bu, 450 imza toplamaq üçün vərəqələrdir. 450 imza isə seçki dairəsindəki seçicilərin təxminən faizini təşkil edir. Bundan sonra namizəd özü haqqında bir neçə məlumatı komissiyaya təqdim edir. Namizəddən bundan artıq heç nə tələb olunmur. Ona görə də Azərbaycanda namizədlərin qeydiyyata alınması prosedurası çox sadədir”.

M. Pənahov deyib ki, əgər qeydiyyatla və digər məsələlərlə bağlı namizədlə dairə seçki komissiyası arasında problem yaranarsa, MSK qanunun imkan verdiyi həddə namizədlərin xeyrinə qərar çıxarır: “Biz həmin mövqeni yenə də nümayiş etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR