Bank Of Baku

YAP deputatlığa namizədlərinin siyahısını seçki kampaniyasına rəsmi start veriləndə açıqlayacaq

YAP deputatlığa namizədlərinin siyahısını seçki kampaniyasına rəsmi start veriləndə açıqlayacaq
# 24 avqust 2010 09:40 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, namizədlərin müəyyənləşdirilməsində müxtəlif kriteriyalar, o cümlədən seçilmək şansı da nəzərə alınır: “YAP namizədlərinin müəyyənləşdirilməsinə həmişə diqqət göstərib. İstənilən dairədən uğurlu və seçicilərin səsinə qazanan namizədlər həmişə diqqətimizdə olub”.

Ə. Əhmədov YAP-ın siyahısında gəncləşmənin aparılacağını da istisna etməyib: “YAP-ın sıraları son illər genişlənib, partiyanın sıralarında özünün fəallığı ilə seçilən ziyalılar meydana gəlib. Bütün bunlar YAP-ın siyahısı müəyyənləşdirilərkən nəzərə alınacaq”.

YAP rəsmisi bildirib ki, partiya gənclərə və qadınlara münasibətini 2009-cu ilin bələdiyyə seçkilərində ortaya qoyub: “İstənilən halda bu və ya digər namizədin parlamentdə təmsil olunması üçün seçicilərin ona səs verməsi lazımdır. Gənc və ya qadın olması onun seçki zamanı konkret dairədə uğur qazanacağını deməyə əsas vermir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR