Bank Of Baku

Əli Həsənov MSK-da məruzə ilə çıxış edib - FOTO

Əli Həsənov MSK-da məruzə ilə çıxış edib - <font color=red>FOTO</font>
# 25 avqust 2010 09:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Mərkəzi Seçki Komissiyasında (MSK) Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edir. APA-nın məlumatına görə, kursların üçüncü günündə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Seçkilər zamanı aşkarlığın təmini, seçkiqabağı təşviqat və seçkiqabağı təşviqatı aparılmasında KİV-in rolu” mövzusunda məruzə edib. O, DSK sədlərinin suallarını da cavablandırıb.

Qeyd edək ki, avqustun 23-də başlanmış kurslar avqustun 26-dək davam edəcək. Kursların sonunda DSK sədrlərinə sertifikatlar təqdim olunacaq. Layihənin növbəti mərhələsi olaraq sentyabrın 1-dən 3-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR