Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 25 avqust 2010 10:19 (UTC +04:00)
Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub. Ölkədə, regionda və dünyada baş verən son hadisələrlə bağlı ətraflı fikir mübadiləsi aparan İdarə Heyəti üzvləri əsas diqqəti parlament seçkilərinə yönəldiblər. BAXCP-nin baş katibi Söhrab Abdullayev noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıqla bağlı İdarə Heyətinin üzvlərini məlumatlandırıb. Daha sonra BAXCP-nin seçki platformasının ayrı-ayrı istiqamətləri ətrafında müzakirələr davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR